Arvadını öldürən polis Xocalı faciəsininin şahididir: ermənilər gözü qarşısında  atasını qətlə yetirib
    • 30-09-2021, 18:33
    • 637

Arvadını öldürən polis Xocalı faciəsininin şahididir: ermənilər gözü qarşısında atasını qətlə yetirib

Bu gün həyat yoldaşı Xanım Məmmədovanı qətlə yetirən polis İsmayıl Məmmədovla bağlı daha məlumat əldə etdik.

News24.az-a daxil olan xəbərə görə, 1988-ci ildə Xocalıda doğulan İsmayıl Məmmədovun atası Vaqif Məmmədov 26 fevral 1992-ci ildə Xocalıda şəhid olub. İ.Məmmədov ermənilərin atasını vəhşicəsinə qətlə yetirməsinin canlı şahididir. Dəhşətli qətl baş verdiyi anda o, atasının qucağında olub.

Xocalı faciəsindən sonra İ.Məmmədovun ailəsi Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” sanatoriyasında məskunlaşıb. Ailədə İsmayıldan başqa üç qız övladı da olub. Bu haqda Xəzər Rayon İcra Hakimiyyətinin saytındakı qaçqın ailələrin siyahısında da qeyd edilib. Eləcə də, Xocalı soyqırımı ilə bağlı rəsmi sənədlərdə də Vaqif Məmmədovun adı “Xocalı şəhidləri”, İsmayıl və bacılarının adı isə “Xocalı soyqırımı zamanı bir valideynini itirmiş uşaqlar” bölməsində qeyd edilib.