Şagirdlər MÜƏLLİMLƏRİNİN GÜNÜNÜ belə təbrik etdilər - VİDEOREPORTAJ
    • 5-10-2021, 18:09
    • 1 014

Şagirdlər MÜƏLLİMLƏRİNİN GÜNÜNÜ belə təbrik etdilər - VİDEOREPORTAJ

Bu gün onların günüdür. Ömrünü işıqlı gələcəyin, zəkalı nəslin yetişməsinə  həsr edən fədakar, səbirli və müqəddəs peşənin sahibi olan müəllimlərin!

Gözünün nuru, gərgin əməyi və böyük ürəyi ilə balaları bağrına basıb, onlara elmlə yanaşı ürfan, kamal öyrədən, sevgi aşılayan, müstəqil həyatda sağlam addım atmaları üçün ömrünü adayan zəhmətkeş öyrətmənlərin. O müəllimlərin ki, yetirmələri 44 günlük Vətən savaşında qəhrəmanlıq salnaməsi yazdı. O müəllimlər ki, ruhuna vətənpərvərlik hopdurduğu şagirdləri Qələbə üçün qanı-canı ilə mübarizə apardı. Məhz onların əziyyəti, səyi nəticəsində  bu gün Vətən övladları yurdsevər, torpağa bağlı, millət, xalq üçün müzəffərdilər.

News24.az olaraq bu gün belə fədakar, məsləyini sevən müəllimlərin gününü Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 143 saylı məktəbdə qeyd etdik.

Pandemiyadan sonra canlanan məktəbdə hər kəs məmnun idi, şagirdlər də, müəllimlər də. Elə danışmaq üçün ürəkləri də dolu idi. 

Reportajı təqdim edirik:

Müxbir: Məhərrəm Əliyev
Video: Nicat Niftəliyev