Aeroport yolundakı qəzada yaralananların aparıldığı XƏSTƏXANADAN VİDEOREPORTAJ
    • 13-10-2021, 13:16
    • 2 316

Aeroport yolundakı qəzada yaralananların aparıldığı XƏSTƏXANADAN VİDEOREPORTAJ

Xəbər verdiyimiz kimi, bu gün səhər satlarında yük maşınının sərnişin avtobusuna çırpılması nəticəsində xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb. Xəsarət alanlardan 11-i kişi, 10-u qadındır. 8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər isə 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib. İlkin məlumatlara görə 5 nəfər vəfat edib. 

News24.az olaraq yaralıların vəziyyətini öyrənmək üçün 3 saylı Kliniki Şəhər Xəstəxanasına yollandıq.

3 nömrəli Şəhər Klinik Xəstəxanasının şöbə müdiri Namiq Dəmirçiyev saytımıza açıqlamasında bildirib ki, baş verən qəza ilə bağlı xəstəxanaya 17 müraciət olub: “Onlardan 11 nəfəri xəstəxanaya yerləşdirilib. Digərlərinə isə yardım edilib və müayinə olunaraq evə buraxılıblar. Xəstəxanada olan sərnişinlərdən biri hazırda əməliyyatdadır və vəziyyəti ağırdır. O, döş və qarın boşluğundan ciddi travma alıb”.

O bildirib ki, hazırda xəstəxanaya yerləşdirilənlərdən 5-i reanimasiyadadır: “Digərlərinin xəsarətləri yüngül olduğu üçün travma şöbəsindədir. Xəstələrdə müxtəlif travmalar və zədələr, yəni ki, kəllə-beyin travması, döş qəfəsinin travması müşahidə olunur. Müvafiq olaraq müayinələr olunub və lazımi tədbirlər görülür. Xəstəxanaya daxil olan qadınlardan birinin sağ baldırı travmatik amputasiya olunub. Vəziyyəti stabildir”. 

Reportajı təqdim edirik:

Müxbir: Məhərrəm Əliyev
Video: Nicat Niftəliyev