-
- 19-10-2021, 10:14
- 805
Bakıda evindən qızıl külçələr oğurlanan qadın kimdir? – İNANILMAZ FAKTLAR ÜZƏ ÇIXDI
Bu ilin aprel ayının 7-də Səbail rayonu Bayıl qəsəbəsində yerləşən çoxmərtəbəli binada şirkətlərdən birində çalışan tanınmış bir şəxsin evindən qızıl külçələr oğurlanıb.
News24.az-ın məlumatına görə, hadisə barədə qızıl külçələrin sahibi Nərminə Vəliyeva (ad şərti qeyd edilib) polisə məlumat verib. Bakıda fəaliyyət göstərən böyük şirkətlərdən birində dizayner-interyer kimi çalışan qadın 102 xidmətinə müraciət edərək bildirib ki, onun evin yataq otağındakı dolabın içində saxladığı hər birinin dəyəri 11.000 manat, ümumi dəyəri 110.000 manat olan 10 ədəd üzərində “PAMP SUİSSE 100 g FİNE GOLD 999,9” yazıları və dəyəri 5.500 manat olan 1 ədəd üzərində “PAMP SUİSSE 50 g FİNE GOLD 999,9” yazıları olan qızıl külçələr oğurlanıb.
Hadisə yerinə dərhal polislər gəlib. Məlum olub ki, qızıl külçələri qadının sevgilisi olan Ceyhun adlı şəxs götürüb. O, evdən gizli götürdüyü qızıl külçələrin avtomobilindən tapılacağını düşünərək qadının evindən çıxaraq maşına oturub və yaxınlıqdakı Su İdmanı Sarayının qarşısındakı yeraltı keçidə gedərək külçələri orada daşın arasında gizlədib. Polis əməkdaşlarının təqibi nəticəsində qızıl külçələri oradan götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi açılıb. Ailəli, ali təhsilli olan və Nərminə ilə əvvəllər işlə bağlı görüşmüş, son 3 ildə isə onunla sevgili olan Ceyhun Muradov ifadəsində bildirib ki, sevgilisini həyəcanlandırmaq məqsədi ilə onun qızıl külçələrini götürüb və niyyəti oğurluq olmayıb.
Nərminə Vəliyeva isə hadisənin üstünün açıldığı gün Ceyhunun onun evinə gəldiyini və heçnədən xəbəri yoxmuş kimi hərəkət etdiyini deyib: “2009-cu ildə M.Jabbari ilə ailə qurmuşam, həmin nikahdan iki övladım var. 2020-ci ilin noyabr ayında rəsmi qaydada boşanmışam və hazırda tək yaşayıram. Təqsirləndirilən şəxslə şirkətdə birlikdə işləyərkən tanış olmuşuq, iki ildir sonuncu ilə sevgili münasibətində olmaqla vətəndaş nikahında ər-arvad kimi yaşamışıq. Ceyhun mənim yaşadığım evə gəlib-getmiş və ailəmin üzvü kimi olub. Belə ki, Ceyhun öz puluma son il yarım ərzində ümumilikdə 11 ədəd 100 qramlıq, bir ədəd 50 qramlıq və 10 ədəd 62.2 qramlıq qızıl külçələr almağımı, həmin qızılları yaşadığım mənzilin yataq otağında yerləşən dolabın içində saxladığımı bilirdi. 16 aprel 2021-ci il tarixdə mən qızıllarının yerində olub-olmamasını yoxlamaq məqsədi ilə paltar dolabını açıb içində 11 ədəd 100 qramlıq,bir ədəd 50 qramlıq və 10 ədəd 62.2 qramlıq qızıl külçələr olan sellofan paketi götürüb içinə baxdıqda 10 ədəd 100 qramlıq və bir ədəd 50 qramlıq qızıl külçələrin yerində olmadığını aşkar edib narahat oldum və xədimə Əsmərlə birlikdə mənzilin müxtəlif yerlərini axtarmağa başladıq, lakin qızılları tapa bilmədik. Bundan sonra mən təqsirləndirilən şəxs zəng edib qızıl külçələrin itməsi barədə məlumat verdim və gəlib qızılları axtarmağa köməklik etməyini xahiş etdim. Bir müddət sonra Ceyhun gəldi və biz birlikdə mənzili axtardıq. Bir nəticə əldə edə bilmədikdən sonra mən DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdim. Bir neçə dəqiqədən sonra polis əməkdaşları evə gəldi, polis əməkdaşları ilə birlikdə yaxınlıqda yerləşən obyektlərdə qurlaşdırılmış videoqurğularda qeydə alınmış görüntülərə baxdıqda Ceyhunun özünə məxsus «Hyundai» markalı avtomobildən selofan paketi götürərək mənim yaşadığım binaya tərəf gəldiyini gördük. Başa düşdüm ki, Ceyhunun əlində olan sellofan paketin içindəki qızıl külçələrdir və onun paketi keçiddə gizlətdiyini güman etdik. Bu barədə polis əməkdşlarına bildirdim və gedib keçidə baxmağı xahiş etdim. Adını xatırlamadığı bir nəfər polis əməkdaşı ilə birlikdə keçidə düşüb ətrafa baxış keçirdiyimiz zaman həmin keçidin divarının aşağı hissəsində boşluğun içində selofan paketin olduğunu görərək yaxınlaşdıq və paketi götürdük. İçinə baxdıqda evindən oğurlanmış, mənə məxsus 10 ədəd 100 qramlıq və bir ədəd 50 qramlıq qızıl külçələrin selofan paketin içində olduğunu gördük. Bir ədəd 100 qramlıq qızıl külçənin qiyməti 12.400 manat və bir ədəd 50 qramlıq qızıl külçənin qiyməti isə 6.200 manatdır. Baş vermiş oğurlaq hadisəsi nəticəsində mənə ümumilikdə 130.300 manat maddi ziyan dəyib. Həmin qızıl külçələri qeyd etdiyim qiymətə almışam. Təxminən 05 və ya 06 aprel 2021-ci il tarixdə mən özümü nasaz hiss etdiyinə görə Ceyhunu yaşadığım evə çağırmışdım. Düşünürəm ki, Ceyhun elə həmin gün mənə məxsus qızıl külçələri dolabdan oğurlayıb. Hazırda Ceyhunla barışmışam, onu bağışlayıram, ondan hər hansı şikayət və tələbim yoxdur. Belə ki, sonradan eşitdim ki, Ceyhun əslində məni bir qədər həyəcanlandırmaq, qızılları açıq yerdə saxlamağımın təhlükəli olmasına məni inandırmaq məqsədilə bu hərəkəti edib. Xahiş edirəm ki, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilsin”.
N.Vəliyevanın dediklərini evində xadimə işləyən qadın da təsdiq edib.
Oğurluq hadisəsindən dərhal sonra həbs edilən və bir neçə ay həbsdə saxlanılan Ceyhun Muradov Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb və ona şərti cəza təyin edilib.
Taleh Bağırov