Koronavirusun yeni növü aşkarlandı
    • 20-10-2021, 09:30
    • 746

Koronavirusun yeni növü aşkarlandı

İsraildə COVID-19-un yeni ştammı aşkarlanıb.

News24.az ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, "AY.4.2" adlı ştamm virusun "delta" mutasiyasından daha təhlükəlidir. 

Virusun yeni növü İsraildə hava limanında xaricdən qayıdan 11 yaşlı uşaqda açkarlanıb. 

Bildirilib ki, "AY.4.2" "delta" ştammından 10-15 faiz daha sürətlə yayılır və pandemiyanın ən yoluxucu növü olacaq.