Əli Əsədov görüş keçirdi
    • 28-10-2021, 18:46
    • 251

Əli Əsədov görüş keçirdi

Baş nazir Əli Əsədov bu gün Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakarla görüşüb.

News24.az xəbər verir ki, görüşdə iki ölkə arasında maliyyə-bank sektorunda əlaqələrin hazırkı vəziyyəti, həmçinin, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı görüşdə iştirak edib.