APA İnformasiya Agentliyinin 17 yaşı oldu
    • 16-11-2021, 11:06
    • 229

APA İnformasiya Agentliyinin 17 yaşı oldu

Bu gün "Azəri-Press" Agentliyinin (APA) yaranmasından 17 il keçir.

News24.az xəbər verir ki, 2004-cü il noyabrın 16-da fəaliyyətə başlayan APA media bazarında inkişaf xəttini davam etdirir.

Agentlik hazırda Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Bundan başqa, APA ölkədə və dünyada baş verən ictimai-siyasi, mühüm hadisələrlə bağlı analitik yazılar hazırlayır.

Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA dünyanın müxtəlif ölkələrinin aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir, əldə olunan əməkdaşlıq haqqında razılaşmaya əsasən informasiya mübadiləsi aparır.

News24.az olaraq APA ailəsini təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.