Ötən gün toylara görə daha 15 nəfər CƏRİMƏLƏNDİ
    • 18-11-2021, 10:42
    • 244

Ötən gün toylara görə daha 15 nəfər CƏRİMƏLƏNDİ

Noyabrın 17-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 63 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 15 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 131 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb