“Qazax Sement Zavodu”ndan oğurluq etdi
    • 23-11-2021, 13:03
    • 327

“Qazax Sement Zavodu”ndan oğurluq etdi

Qubada qum-çınqıl karxanasında oğurluq olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də Barlı kəndi ərazisində “Qazax Sement Zavodu” MMC-yə məxsus qum-çınqıl karxanasından texnikalara aid ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Sumqayıt şəhər sakini H.Piriyev və Salyan rayon sakini E.Muradov saxlanılıblar.