DİN Bakıda şadlıq evləri və restoranlarda reydlər keçirir - Video - Foto

DİN Bakıda şadlıq evləri və restoranlarda reydlər keçirir - Video - Foto
HADİSƏ / Foto / Video

27-11-2021, 16:00

Mətn ölçüsü

Noyabrın 26-da polis əməkdaşları tərəfindən Bakı şəhərində 311 şadlıq sarayı, restoran və digər iaşə obyektlərində xüsusi karantin rejiminin tələblərinə riayət olunması vəziyyətinin yoxlanılması məqsədi ilə nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, nəticədə bir neçə obyektdə, o cümlədən Səbail rayonunda “Mojo” gecə klubu, “Vinice Pub” restoranı, Nizami rayonunda “Ay İşığı” və “Grand Neon” şadlıq sarayları, Nərimanov rayonunda isə “Kaştan” çay evində karantin qaydalarının pozulması halları aşkar edilib. Adları çəkilən obyektlərin icarədarları və karantin qaydalarına nəzarət etməli olan məsul əməkdaşları barədə inzibati protokollar tərtib olunub.

Paytaxt Bakı və bölgələrdə karantin qaydalarının pozulması hallarına qarşı polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.

YouTube