Yay aylarında yatmazdan öncə kefir için! – Həkimlərdən məsləhət
    • Dünən, 23:56
    • 54

Yay aylarında yatmazdan öncə kefir için! – Həkimlərdən məsləhət

Kefir isti havalarda digər təravətləndirici içkilərə yaxşı alternativ ola bilər.

News24.az Medicina.az-a istinadən xəbər verir ki, bunu endokrinoloq Natalya Balaşova bildirib.

“Dadı xoşunuza gəlməsə belə, yay aylarında kefir içməyə çalışın. İlk iki stəkanı içmək çətin gələcək, onun turş olduğunu düşünəcəksiniz. Sonra isə öyrəşəcəksiniz. Kefirə öyrəşməyin digər bir yolu da onu “okroşka”ya əlavə etməkdir”, - deyə həkim qeyd edib.

O diqqətə çatdırıb ki, kefirin xüsusi əks göstərişləri yoxdur.

“Kefir həzm üçün faydalı mikroorqanizmlərin mənbəyidir. Tərkibində əlavə maddələr olmayan məhsulu seçmək lazımdır”, - deyə həkim vurğulayıb.

Qeyd edək ki, daha öncə dietoloq Yevgeni Arzamastsev kefirin yaztmazdan əvvəl içilməyə ən uyğun içki olduğunu açıqlayıb. O, kefirin mədə-bağırsaq sisteminə yük olmadığını deyib.

Dietoloq qeyd edib ki, bu içki orqanizm tərəfindən kifayət qədər asanlıqla sorulur. Tərkibində zülallar, yağlar və karbohidratlar var. Ancaq lif ehtiva etmədiyi üçün kefir mədə və bağırsaqları çox işləməyə məcbur etmir.