İngiltərə İsrailə silah satışını dayandıracaq - İDDİA
    • Dünən, 23:30
    • 54

İngiltərə İsrailə silah satışını dayandıracaq - İDDİA

Yediot Ahranot qəzetinin məlumatına görə, İngiltərədə Keir Starmerin rəhbərlik etdiyi yeni hökumət İsrailə silah satışını dayandırmağa hazırlaşır.

News24.az TRT-yə istinadən xəbər verir ki, İsrail hökuməti hesab edir ki, Britaniyanın Tel-Əvivə müdafiə ixracı lisenziyasını yaxın günlərdə ləğv edəcək.

Bildirilib ki, Təl-Əviv administrasiyası regiondakı digər ölkələrin də oxşar addımlar ata biləcəyindən narahatdır.

Keir Starmerin rəhbərlik etdiyi İngiltərədə yeni hökumət bir neçə gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahu haqqında həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) əvvəlki hökumətin etirazını geri götürüb.

Hökumət həmçinin yanvar ayında kəsilən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə dəstəyini davam etdirəcəyini açıqlayıb.

Günel Məlikzadə