Sumqayıtda qətlə yetirilən şəxsin kimliyi araşdırılır
    • 9-12-2021, 18:00
    • 310

Sumqayıtda qətlə yetirilən şəxsin kimliyi araşdırılır

Sumqayıtda qətlə yetirilən şəxsin kimliyi müəyyənləşməyib.

Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Prokurorluğunda Əlixanov Ramin Fərman oğlunun 28.09.2021-ci il tarixdə saat 23 radələrində gözətçi işlədiyi Sumqayıt şəhəri, Novxanı bağları, 2 aprel küçəsi, V massivi, ev 319 ünvanında aralarında yaranmış mübahisə zamanı şəxsiyyəti istintaqla müəyyən olunmayan şəxsi evin həyətindən götürdüyü külünglə qəsdən öldürməsi faktına görə 29.09.2021-ci il tarixdə CInayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanılan cinayət işi üzrə ibtidai istintaq aparılır.

Meyitin xarici müayinəsi zamanı əynində tünd göy rəngli şalvarın olması, boyunun uzunluğu 163 sm, gözlərinin qəhvəyi rəngli olması, 45-60 yaşlarında bədən səthində hər hansı fərqləndirici iz və ya ləkənin olmaması müəyyən edilib.

Həyata keçirilən intensiv əməliyyat-axtarış tədbirlərinə baxmayaraq zərərçəkmiş şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

"Odur ki, fotoşəkildəki şəxsi tanıyanlardan 961, 050-412-02-01 və 018-654-01-54 saylı mobil nömrələr ilə əlaqə saxlaması xahiş olunur", - məlumatda qeyd edilib.