Sərnişin avtobusu idarə edən koronavirus xəstəsi saxlanıldı - Video
    • 10-12-2021, 19:01
    • 391

Sərnişin avtobusu idarə edən koronavirus xəstəsi saxlanıldı - Video

Abşeron rayonunda sərnişin avtobusu idarə edən koronavirus xəstəsi polislər tərəfindən saxlanılıb. 
 
News24.az
xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti profilaktik tədbir zamanı aktiv koronavirus xəstəsi kimi qeydiyyata alınan amma buna baxmayaraq sərnişin avtobusu idarə edən sürücü aşkar edilib.

Polis əməkdaşları 523 saylı marşurut xətti ilə hərəkət edən avtobusun sürücüsü Abşeron rayon sakini Fəyal İlyasovun aktiv koronavirus xəstəliyinin daşıyıcısı ola-ola evdə məcburi müalicəyə cəlb edilməsinə baxmayaraq işə çıxdığını və avtobus idarə etdiyini müəyyən ediblər. Sərnişinlərin həyatını real təhlükə altına qoyan sürücü polislər tərəfindən tibbi prosedurlar gözlənilməklə xəttdən kənarlaşdırılıb və yaşadığı ünvana qaytarılıb.

Fəyal İlyasov barəsində Abşeron Rayon Polis İdarəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar başlanılıb.  Araşdırmaların sonunda onun etdiyi əmələ hüquqi qiymət veriləcək.