Ağsu sakinlərindən odlu silahlar götürüldü
    • 11-12-2021, 16:29
    • 367

Ağsu sakinlərindən odlu silahlar götürüldü

Ağsu sakinlərindən odlu silahlar götürülüb.

DİN-in Mətbuat XidmətindəNews24.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı Göydəlləkli kənd sakini Rəvan Mehdiyevdən və Axunlu kənd sakini Mahir Qədirovdan qanunsuz olaraq saxladıqları iki ov tüfəngi götürülərək aidiyyatı üzrə təhvil verilib.

Faktlarla bağlı araşdırma aparılır.