Özünü kor kimi qələmə verib 192 min dollar mənimsədi
    • 17-12-2021, 17:48
    • 317

Özünü kor kimi qələmə verib 192 min dollar mənimsədi

İtaliyada 13 il ərzində özünü kor kimi qələmə verən bir şəxs fırıldaqçılığa görə həbs olunub.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki,  sözügedən kişi avtomobilin sükanı arxasında olarkən özünü ələ verib.

Bildirilir ki, Palermodan olan kişi anadangəlmə görmə qüsurlu olduğunu sübut edən sənədləri təqdim etdiyindən 2008-ci ildən bu yana dövlətdən müavinət alıb. 13 il ərzində bu cür davranan həmin şəxsə təqribən 192 min dollar ödənilib.

O, 2018-ci ilə qədər heç bir şübhə doğurmayıb və həmin il sürücülük vəsiqəsinin müddətini uzatmaq istədikdə özünü şübhəli aparıb.

Bunun ardınca polis əməkdaşları onu izləməyə başlayıb və polislər onun telefonla danışarkən avtomobilini özü idarə etdiyini, şəhərin mərkəzində gəzərək mağazalarda alış-veriş etdiyini görüblər.

Polisin məlumatına görə, fırıldaqçının adı Françesko Fayedir və onun artıq qanunla problemləri var. Faye 2018-ci ildə sığorta ödənişləri əldə etmək üçün bir neçə şəxslə əlbir olaraq qurama avtomobil qəzası təşkil edib. 

Hazırda Faye ev dustaqlığına verilib və məhkəmənin qərarını gözləyir.