Ötən gün 39 nəfər toylara buraxılmadı
    • 22-12-2021, 09:45
    • 249

Ötən gün 39 nəfər toylara buraxılmadı

Dekabrın 22-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 178 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, monitorinq 175 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 39 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.