Sabirabadda 34 yaşlı kişi İTKİN DÜŞDÜ - FOTO
    • 23-12-2021, 15:59
    • 331

Sabirabadda 34 yaşlı kişi İTKİN DÜŞDÜ - FOTO

Sabirabadda 34 yaşlı kişi 6 aydır itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, rayon sakini Xəyal Həsənov bu ilin iyun ayında Şirvan şəhərində qonaq olduğu evdən çıxıb və bir daha onunla əlaqə yaratmaq mümkün olmayıb.

Xəyal Həsənovun əlamətləri belədir: boyu 170 sm., arıq bədən quruluşlu, qara seyrək saçlı, gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə (+9942121) 5-28-02 şəhər və (+99455) 527-57-77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.