Bakıda yeni təmir edilmiş yolda növbəti DƏHŞƏTLİ QƏZA - FOTO
    • 4-01-2022, 22:40
    • 624

Bakıda yeni təmir edilmiş yolda növbəti DƏHŞƏTLİ QƏZA - FOTO

Bu gün axşam saatlarında Bakı şəhər Sabunçu rayonu ərazisində ağır yol qəzası baş verib.

News24.az-ın məlumatına görə, Bakıxanov qəsəbəsində yeni təmir edilmiş və asfalt örtüyü dəyişdirilmiş yolda 99 PK 661 dövlət qeydiyyat nişanlı "Hyundai Sonata" ilə 99 HU 277 nömrə nişanlı "Toyata Corolla" toqquşub.

Zərbənin təsirindən avtomobillərdən biri yoldan çıxaraq aşıb. Maşınlarda olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə şahidlərinin dediklərinə görə, bu yolun təmir edilməsindən sonra sürücülər tərəfindən sürət həddinin aşılmasına tez-tez yol verilir və son günlərdə burada bir neçə belə yol qəzası baş verib.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqidaları cəlb edilib.