Ölü bilib basdırmağa apardıqları uşaq yolda ağladı – ŞOK HADİSƏ – VİDEO
    • 5-01-2022, 15:26
    • 708

Ölü bilib basdırmağa apardıqları uşaq yolda ağladı – ŞOK HADİSƏ – VİDEO

Türkiyənin Adana vilayətində yerləşən Yüreğir qəsəbəsində həkimlərin ölü diaqnozu qoyduqları ana bətnindəki dölün sağ olduğu məlum olub.

News24.az-ın məlumatına görə, Melek Sert adlı qadın hamiləliyin 5-ci ayında sərt sancılardan əziyyət çəkdiyi üçün xəstəxanaya gedib. Orada həkimlər ona bətnindəki uşağın öldüyünü və bədəndən xaric edilməli olduğu deyilib.

Bundan sonra əməliyyatla uşaq götürülüb və kəfənə bükülərək Sert ailəsinə verilib.

Onlar yaşadıqları ərazidə qəbir qazdıraraq 5 aylıq ölü doğulduğu deyilən körpələrini basdırmağa aparıblar. Yolda olarkən kəfənin arasından ağlamaq səsi eşidən ər və arvadı şok keçiriblər. Məlum olub ki, ana bətnindən götürülən uşaq sağdır. Ailə 5 aylıq körpəni təcili xəstəxanaya aparıb və onu küveysə yerləşdiriblər.

Hadisə barədə müsahibə verən Melek Sert və həyat yoldaşı həkimlərin böyük səhlənkarlıq etdiklərini bildiriblər və bu hadisəyə görə həkimlərin cəzalandırılmasını tələb edirlər.