Bakıda metroda Vətən Müharibəsi döyüşçüsünün medalı tapıldı – FOTO
    • 6-01-2022, 11:35
    • 506

Bakıda metroda Vətən Müharibəsi döyüşçüsünün medalı tapıldı – FOTO

Bakı Metropoliteninin “Avtovağzal” stansiyasında medal tapılıb.

News24.az-ın məlumatına görə, feysbukda paylaşım edən Pərviz İsmayılov metroda olarkən qatarda “Xocavəndin azad edilməsinə görə” medalını tapdığını bildirib. 

O, medal sahibinin onun arxasındakı kodu deyərək medalı götürə biləcəyini bildirib.