Ötən il baş verən intihar hallarının sayı açıqlandı
    • 24-01-2022, 10:28
    • 225

Ötən il baş verən intihar hallarının sayı açıqlandı

“Ötən il Azərbaycanda 612 özünüöldürmə və özünüöldürməyə cəhd hadisələri qeydə alınıb”.

News24.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.

O deyib ki, bu hadisə ilə bağlı 81 cinayət işi açılıb, 6 nəfər iş üzrə təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib, 5-nin işi isə məhkəməyə göndərilib.