Zakir Həsənov Ankarada ulu öndərin abidəsini ziyarət etdi - FOTO
    • 1-02-2022, 18:56
    • 528

Zakir Həsənov Ankarada ulu öndərin abidəsini ziyarət etdi - FOTO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə qardaş ölkədə işgüzar səfəri davam edir.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Fevralın 1-də general-polkovnik Z.Həsənov Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, ulu öndərin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.