“COVID-19” pasportu olmayanlar toya buraxılmadılar
    • 18-02-2022, 09:41
    • 370

“COVID-19” pasportu olmayanlar toya buraxılmadılar

Fevralın 17-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 54 toy şənliyinin monitorinqini həyata keçirib.
 
Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, monitorinq şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Bildirilib ki, 93 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.