Aiseldən hisslərlə dolu "Hold me" - VİDEO
    • 18-02-2022, 13:33
    • 1 728

Aiseldən hisslərlə dolu "Hold me" - VİDEO

Aisel yeni mahnısını təqdim edib.

News24.az xəbər verir ki, "Hold me" adlı mahnının musiqisi ifaçının özünə, sözləri Fidan Aliva, aranjimanı isə Emin Kərimə (STKHA)'ya məxsusdur.

Yeniliyi haqda danışan Aisel bildirib ki, "Hold me" mahnısı, hər kəsin özündə tapdığı və bu dəfə münasibətini doldurmaq istədiyi nikbinlikdən danışır:" İndi əsl sevginin hər hansı gözləntilərdən azad olduğunu başa düşürsünüz. İnsanı sadəcə olaraq kim olduğuna görə sevirsiniz və onun ətrafında özünüz olmaqdan həzz alırsınız. Bu hisslər və emosional impulslarla dolu "Hold Me" münasibətlərdə balans və harmoniya vəziyyətini qoruyub saxlamaq istəyənlər üçün, mahnını xüsusi edir". 

Mahnının fotosu Orxan Aslanov tərəfindən çəkilib. İfaçının obrazı üzərində Murad Vəliyev çalışıb. Saç Lamiya Agayevaya, makiyaj isə Səkinə Mustafayevaya məxsusdur. 

"BEAT Music" leybli ilə əmakdaşlıqda təqdim olunan mahnının təqdim edirik: