-
- 23-02-2022, 13:16
- 414
"Bunu təxribat kimi qəbul etmirəm” - Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə keçiriləcək cavab oyunu öncəsi təşkil edilən mətbuat konfransında səfərdəki ilk görüşdə olan təxribatlardan söz açıb.
News24.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis bildirib ki, torpaqlarımız bizdə olmayanda rəqiblərimizdən ehtiyatlanırdıq: O zaman bilirdik ki, Qarabağ köçkünlərimiz neçə ildir əziyyət çəkirdilər. Onlar ancaq bizə, nəticələrimizə baxıb fərəhlənirdilər. İnan ki, heç vaxt uduzmaq, onları məyus etmək istəmirdik. Bu gün isə heç bir təxribat mənim üçün ciddi əhəmiyyət kəsb etmir. Çünki hər yerə başı dik gedirik. Bayraq göstərmək və s. dünya futbolunda olur. Mən bunu təxribat kimi qəbul etmirəm. Kiçik haldır. Şükür olsun ki, bayrağımız doğma torpaqlarımızda dalğalarınır. Bu hal futbolçularıma da mənfi təsir etmədi".
Teymur MƏMMƏDOV