DİM sınaqlarda yüksək bal toplayan şagirdlərlə  "Açıq qapı" günü keçirəcək
    • 25-02-2022, 14:33
    • 806

DİM sınaqlarda yüksək bal toplayan şagirdlərlə "Açıq qapı" günü keçirəcək

"Dövlət İmtahan Mərkəzi tərəfindən, açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə bu ildən etibarən “Açıq qapı” günlərinin keçirilməsinə başlanılıb. İlk “Açıq qapı” günü elə Vətən müharibəsi şəhidlərinin məktəbli övladlarının iştirakı ilə keçirilmişdi".

News24.az xəbər verir ki, bunu  Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə 2022-ci ildə olan imtahanlar, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başlanması ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib.

Sədr bildirib ki, daha sonra bakalavr və magistr səviyyələri üzrə keçirilmiş sınaq imtahanlarında yüksək bal toplayan bir qrup iştirakçılarla görüşlər olub və martın 2-də və 4-də növbəti görüşlərin keçirilməsi nəzərdə tutulub: "Hazırda Təhsil Nazirliyi ilə də birgə məsləhətləşmələr aparılır və müəyyən məktəblərin şagirdləri ilə də görüşlər keçiriləcək".