İçərişəhərdə Od çərşənbəsi tonqalı qalandı - FOTOLAR
    • 1-03-2022, 22:40
    • 1 369

İçərişəhərdə Od çərşənbəsi tonqalı qalandı - FOTOLAR

Bu gün Azərbaycanda od çərşənbəsi qeyd olunur.

News24.az xəbər verir ki, od çərşənbəsi Novruz bayramının ikinci çərşənbədir.

Bu çərşənbə xalq arasında "Xəbərçi çərşənbə", "Üskü çərşənbə", "Addı çərşənbə" kimi tanınanır. Qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Qeyd edək ki, novruzun ilk xəbərçisi su çərşənbəsi fevralın 22-də qeyd olunub.

Martın 8-i yel, 15-i isə torpaq çərşənbəsi qeyd olunacaq.