Azərbaycanda 2021-ci ildə baş vermiş qətllərlə bağlı statistika açıqlandı
    • 9-03-2022, 15:05
    • 1 006

Azərbaycanda 2021-ci ildə baş vermiş qətllərlə bağlı statistika açıqlandı

“Ölkə üzrə 2021-ci il ərzində 168 qəsdən adam öldürmə cinayəti törədilib”.

News24.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

“Onlardan 110-nun cinayət təqibi üzrə icraatı yekunlaşıb. 2020-ci illə müqayisədə qeydə alınan bu növ cinayətlərin sayında 25 vahid azalma baş verib”, - hesabatda vurğulanıb. /Report.az/