Şuşa - 270 il
    • 16-03-2022, 16:05
    • 1 976

Şuşa - 270 il

Bu gün Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Şuşa şəhərinin yaradılmasının 270 illiyinə həsr olunan “Böyük qayıdışın şah əsəri - Şuşa!” adlı tədbir keçirilib.

News24.az-ın məlumatına görə, Tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssələrinin kursant heyəti, Art studiyanın şagird və müəllim heyəti iştirak edib.

Tədbirdə muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin, Azərbaycan Neft Və Sənaye Universitetinin “İctimai elmlər kafedrasının” müdiri, tarix üzrə elmlər doktoru, professor Camal Mustafayevin, Azərbaycan Milli Elmlər Akademiyasının Abasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun “Yeni tarix” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənovun mövzu ətrafında məruzə və çıxışları dinlənilib, Xocalı soyqırımına həsr olunan sənədli filmin nümayişi olub.

Bundan əlavə, tədbirdə ART Studiyanın azyaşlı tələbələrinin çəkdikləri rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.

Bədii hissədə isə Müdafiə Nazirliyinin orkestrinin ifasında hərbi vətənpərvərlik musiqiləri səsləndirilib.