Bakıda iki qardaş avtomobili yandırdı
    • 21-03-2022, 11:18
    • 1 573

Bakıda iki qardaş avtomobili yandırdı

Bakıda qardaşlar avtomobili yandırıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə martın 19-da rayon ərazisində Lənkəran rayon sakini Ş.Hüseynzadəyə məxsus “Ford Transit” markalı avtomobilin mühərrik və yük yerinin naməlum səbəbdən yanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini yandırmaqda şübhəli bilinən Şəki rayon sakinləri - R.Süleymanov və qardaşı R.Süleymanov müəyyən edilərək saxlanılıblar.