Türkiyə vətəndaşlığı almaq üçün şərtlər dəyişdi
    • 13-04-2022, 15:55
    • 299

Türkiyə vətəndaşlığı almaq üçün şərtlər dəyişdi

Türkiyə vətəndaşlığı almaq üçün müraciət şərtləri dəyişir. 

News24.az  “Haber Global”a istinadən xəbər verir ki, vətəndaşlıq müraciətində alınacaq daşınmaz əmlakın dəyəri artırılacaq.

Ötən gün Nazirlər Kabinetində keçirilən iclasında qəbul edilən qərara əsasən, 250 min dollar olan müraciət tələbi 400 min dollara yüksələcək.