Universitetə yeni prorektor təyin edildi
    • 20-04-2022, 18:11
    • 281

Universitetə yeni prorektor təyin edildi

Sumqayıt Dövlət Universitetində yeni təyinat olub.

News24.az-ın Məlumatına görə, universitetin rektoru professor Elxan Hüseynov dosent Elmar Xəlilovu Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru kimi kollektivə təqdim edib.

Elmar Xəlilov təhsil naziri Emin Əmrullayevə və SDU-nun rektoruna göstərilən yüksək etimada görə təşəkkür edib.

Qeyd edək ki, dosent Elmar Xəlilov bu təyinata qədər SDU-nun Azad Həmkarlar İttifaqı Komitəsinə rəhbərlik edib.