Şəhidin medalı doğum günündə atasına təqdim edidi - FOTO
    • 25-04-2022, 19:23
    • 705

Şəhidin medalı doğum günündə atasına təqdim edidi - FOTO

Bu gün Vətən Müharibəsi şəhidi, Xüsusi Təyinnatlı Qüvvələrin mənsubu olmuş, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş mərhum gizir Kərim Əliyevin atası Məhəmmədəli Əliyevin 54 yaşı tamam olur. 

News24.az xəbər verir ki, bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən şəhid ailəsinə ziyarət təşkil olunub və Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərancamı ilə təltif olunduğu “Füzulinin azad olunmasına görə” medalı şəhidin atasına yaşadığı Ucar rayonu Alpout kəndində təqdim olunub.

Qeyd edək ki, Məhəmmədəli Əliyevin özü 1-ci Qarabağ müharibəsinin iştirakçısı, bir neçə uğurli əməliyyatların bir başa iştirakçısı və qurucularından olub.

Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.