Bakıda “Balık ekmek” festivalı keçirilir
    • 18-05-2022, 13:41
    • 816

Bakıda “Balık ekmek” festivalı keçirilir

Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində Bakı EXPO Mərkəzinin qarşısında Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi "Balık ekmek" balıq məhsulları festivalı keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev News24.az-a bildirib ki, qardaş ölkədə ənənəyə çevrilən və akvakulturanın, balıqçılıq təsərrüfatlarının inkişafının təşviqinə, həmçinin zəruri qida olan balıq məhsullarının istehlakının artırılmasına yönələn bu təcrübənin öyrənilməsi Azərbaycan üçün də aktualdır.

Xidmət rəisi qeyd edib ki, ilk dəfə Azərbaycanda təşkil edilən balıq məhsulları festivalı Azərbaycanda da balıqçılıq təsərrüfatlarının (akvakulturanın) genişləndirilməsinə və inkişafının təşviq edilməsinə, bu sahədə Türkiyə təcrübəsinin həyata keçirilməsinə, eyni zamanda ölkəmizdə akvakultura şəraitində intensiv əmtəə balıqçılığının formalaşmasının təbliğinə və balıq məhsullarının istehlakının artırılmasına töhfə olacaq.