Milli Qəhrəmanı Fred Asifin oğlu çempion oldu
    • 30-05-2022, 21:22
    • 264

Milli Qəhrəmanı Fred Asifin oğlu çempion oldu

Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin oğlu Azər Məhərrəmov qızıl medal qazanıb.

News24.az xəbər verir ki, o, Polşanın Rumya şəhərində keçirilmiş qol güləşi üzrə Avropa çempionatının qalibi olub.

105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı finalda yerli Dariuş Popileklə qarşılaşıb. Rəqibini məğlub edən Məhərrəmov qızıl medala sahiblənib.