Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının ərzaq payı normaları müəyyənləşdi
    • 6-06-2022, 21:13
    • 259

Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının ərzaq payı normaları müəyyənləşdi

Nazirlər Kabineti “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının ərzaq payı normaları Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələrinin ərzaq payı normalarına uyğun müəyyənləşib.