Bir-birinə bitişik iki ev yandı
    • 6-06-2022, 21:40
    • 258

Bir-birinə bitişik iki ev yandı

Qax şəhərində bir dam altında tikilən ümumi sahəsi 113 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 112 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az -a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.