Slovakiyada idman təyyarəsi qəzaya uğradı, ölən var
    • 13-06-2022, 10:17
    • 193

Slovakiyada idman təyyarəsi qəzaya uğradı, ölən var

Slovakiyanın cənubundakı Nitra bölgəsindəki Komarno şəhəri yaxınlığında idman təyyarəsi qəzaya uğrayıb.

News24.az TASS-a istinadən xəbər verir ki, təyyarədə olan iki nəfərdən biri həlak olub.

Qəza təyyarə qarğıdalı tarlasına sərt eniş edərkən baş verib.

Təyyarənin göyərtəsində olan hər iki şəxs Çexiya vətəndaşı olub. Fövqəladə vəziyyətin səbəblərini xüsusi yaradılmış ekspert komissiyası araşdırır.