"Peşəkar Mühasib sertifikatı  imtahanlarında cəmi 215 nəfər sertifikat alıb"
    • 22-06-2022, 14:29
    • 255

"Peşəkar Mühasib sertifikatı imtahanlarında cəmi 215 nəfər sertifikat alıb"

“Peşəkar Mühasib sertifikatı  imtahanlarının birinci mərhələsində 1005 , ikinci mərhələsində 1143  şəxs iştirak edib." 

News24.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi, Azərbaycan  Dövlət  İqtisad  Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Mingəçevir Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti arasında maliyyə sahəsində savadlılığın artırılması və maliyyə, mühasibat və audit ixtisasları üzrə fənn proqramları, tədris planları və daxili semestr imtahanlarının təkmilləşdirilməsi, beynəlxalq və yerli kvalifikasiyalara uyğunlaşdırılması istiqamətində birgə əməkdaşlığı əhatə edən Anlaşma Memorandumunun imzalanmasına həsr olunmuş tədbirdə çıxışı zamanı DİM-in  Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

O bildirib ki,  iştirak edənlərdən cəmi  215 nəfər sertifikat ala bilib: "Bu  iştirak edənlərin sayını nəzərə alsaq çox az göstəricidir. Bunun üçün də bu tipli beynəlxalq müqavilələr imzalanmalıdır."