"Korona"ya yoluxanların sayı azaldı
    • 24-06-2022, 16:47
    • 405

"Korona"ya yoluxanların sayı azaldı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 427 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 220, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 130, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 958, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 119 nəfərdir.