I və IV ixtisas qrupları üzrə yay imtahanlarına qeydiyyat aparılır
    • 2-07-2022, 18:20
    • 310

I və IV ixtisas qrupları üzrə yay imtahanlarına qeydiyyat aparılır

I və IV ixtisas qrupları üzrə imtahanlarda iştirak etmək istəyənlər iyulun 4-ü saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçməlidirlər. İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, bu gün saat 18:25-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə 19 min 487, IV ixtisas qrupu üzrə isə 3 min 800 abituriyent ərizəsini təsdiq edib.

Abituriyentlər “Şəxsi kabinet”inin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə edib verilən link (https://eservices.dim.gov.az/erizebak/cehd2/) vasitəsilə imtahana yazıla bilərlər. Aşağıda qeyd edilən kateqoriyadan olan abituriyentlər üçün imtahan ödənişsizdir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.