Güzəştli mənzillərin 60 faizdən çoxu qanunsuz yolla seçilib - MİDA rəsmisi
    • 8-07-2022, 16:49
    • 272

Güzəştli mənzillərin 60 faizdən çoxu qanunsuz yolla seçilib - MİDA rəsmisi

Yasamal Yaşayış Kompleksində yerləşən 442 mənzilin seçimi prosesinə kənardan müdaxilə etmək üçün xüsusi proqram təminatları hazırlanıb. Kənardan edilən bu qanunsuz seçim digər vətəndaşların seçim hüququna maneə törədib.

News24.az-ın məlumatına görə, bunu MİDA-nın əməkdaşı Fərman Qurbanlı bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, qanunsuz olaraq xüsusi proqram təminatların tətbiqi nəticəsində vətəndaşlar istədiyi mənzili seçə bilməyib.

“Həmin qanunsuz proqramlar vasitəsilə mənzillərin 60 faizindən çoxunu seçiblər. Ona görə də mənzillərin satışı ilə bağlı ümumi nəticələr ləğv edilib”, - deyə o bildirib.