"Tarqovu"dakı hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA
    • 12-07-2022, 10:18
    • 301

"Tarqovu"dakı hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Səbail rayonunda baş verən hadisə ilə bağlı məlumat yayıb.

News24.az xəbər verir ki, ilkin məlumata görə, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində yanğın olub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.