Günün fotosu: qazi Məlikin malik olduğu "ev"
    • 26-07-2022, 17:45
    • 290

Günün fotosu: qazi Məlikin malik olduğu "ev"

Bu, bir müharibə qazisinin evinin şəklidir. Foto Astara rayonunun Səlivə kəndində çəkilib.

Fotoların müəllifi jurnalist Kamil Həmidov, mənzərənin müəllifi Astara rayonunun rəhbərləridir.

Evin sahibi II Qarabağ müharibəsinin qazisi Məlik Nəhmət oğlu Məlikovdur. Məlikin malik olduğu bu tikiliyə "ev" deməyin nə dərəcədə doğru olduğunu isə oxucular desin.

Məlik Məlikov döyüş şüsaətlərinə görə Prezident İlham Əliyev tərəfindən 3 medalla təltif edilib. Yəni adam eyvandan boylanan iki körpə balası ilə daha yaxşı şəraitdə yaşamağı öz qanıyla haqq edib.

İndi Astaranın icra hakimiyyəti başçısı, deputatları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli məmurları bu "evi", Tom dayının daxmasından da darısqal bu komanı görməlidirlər və təcili olaraq döyüşçü həmvətənimizin mənzil şəraitini yaxşılaşdırmalıdırlar. 

Bu, onların boynunun borcudur.