Təhsil naziri:
    • 27-07-2022, 11:48
    • 561

Təhsil naziri: "Bu addım MƏNƏVİYYATSIZLIQDIR"

“Biz MİQ imtahanlarının şffaf olmasını istəməsəydik, bir-iki sualı yox, hamısını satardıq. Təhsil Nazirliyinin imtahanların şəffaf keçirilməsini təmin etməməsi ilə bağlı hər hansı əsaslı arqument yoxdur. Bu sualları əvvəlcədən paylaşan adamın bunu nə üçün etdiyini araşdırırıq. İstənilən halda Təhsil Nazirliyinin və Təhsil İnstitutunun MİQ imtahanlarının şəffaf keçirilməsini təmin etməməsi ilə bağlı heç bir tutarlı fakt yoxdur".

News24.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin birifinqində nazir Emin Əmrullayev deyib.

O bildirib ki, bu hadisənin baş verməsinin əsas səbəbi hər hansı müəllifin məxfilik hüquqlarını qorumaması ilə bağlıdır: "Məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Burada ən ciddi zərbə bizə dəyib. Təhqir etmək istəmirəm, ancaq bu hadisə mənəviyyatsızlıqdır".