Bu rayonların sakinlərinin NƏZƏRİNƏ
    • 29-07-2022, 11:47
    • 251

Bu rayonların sakinlərinin NƏZƏRİNƏ

Ucar, Kürdəmir, Göyçay və Zərdab rayon sakinlərinin nəzərinə

News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il avqustun 3-də saat 10:00-da Ucar rayon prokurorluğunun inzibati binasında Ucar, Kürdəmir, Göyçay və Zərdab rayon sakinlərinin qəbulunu keçirəcəkdir. 

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ucar rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir. 

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.