Bir körpəyə ümid olaq - Anarı xilas edək - FOTO/VİDEO
    • 17-08-2022, 16:24
    • 604

Bir körpəyə ümid olaq - Anarı xilas edək - FOTO/VİDEO

Ceyhun və Nuranə Eyvazovlar ailəsi 6 yaşlı oğulları Anarı xilas etmək üçün qayğıkeş insanlardan kömək istəyirlər. Qan xərçəngindən xəstəliyindən əziyyət çəkən Anara ilik transplantasiya olunmalıdır, əks halda ailə övladlarını itirə bilər.

News24.az xəbər verir ki, may ayında 6 yaşlı Anar Eyvazovun gündən-günə zəiflədiyini və iştahsız olduğunu görən valideynləri onu əvvəlcə qeydiyyatda olduğu uşaq poliklinikasına aparıblar. Həkimlərin göstərişi ilə qan analizi verilib və analizin nəticəsinə əsasən Anara anemiya diaqnozu qoyulub.

Qoyulan diaqnozdan əmin olmaq üçün ailə digər özəl bir klinikaya göndərilib. Bu dəfə isə analizlərin nəticələrinə əsasən Anarın qanında leykositlərin normadan dəfələrlə çox, homoqlobalinin isə çox az olduğu bildirilib. Bu səbəbdən ailə təcili olaraq qan instituna üz tutub. Orda verilən analizdən sonra məlum olub ki, Anar kəskin leykoz qan xərçəngindən əziyyət çəkir. Ailəyə bildirilib ki, əgər tez bir müddətdə müalicəyə başlanılmasa, uşağın vəziyyəti daha da kəskinləşəcək.

Bundan sonra ailə Anarın analiz və test nəticələrini müxtəlif ölkələrdəki leykoz müalicə edildiyi tibb müəssisələrinə göndərib. Cavab olaraq bildirilib ki, xəstəliyin müalicəsi üçün 65 min dollar vəasit lazımdır. Müalicəni gecikdirməmək üçün Eyvazovlar ailəsi yaxınlarının və tanışlarının yardımları ilə Belorusa yollanıblar.

Müalicə üçün müəyyən məbləğ toplansa da, bu, ilik transplantasiyası və dərmanlar üçün yetərli olmayıb. Ailənin isə bu vəsaiti ödəməyə imkanı yoxdur. Bu səbəbdən valideynlər xeyirxah insanlardan dəstək istəyirlər. Valideynlərin maddi durumu bu ehtiyacları ödəyəcək vəziyyətdə deyil. Mühafizəçi işləyən və başqa bir gəliri olmayan ata hazırda çarəsiz bir haldadır. O, imkanı olan şəxslərin və qurumlardan kömək istəyir.

“Əlimizdə olan pulla Minskə gəldik. Lakin burada olunan ilik-sümük testlərinin nəticəsində bildirildi ki, Anara ilik transplantasiyası ehtimal olunur və bunun üçün də 150 min dollar vəsaitə ehtiyac var. Hazırda Anarın müalicəsində çox bahalı dərmanlardan istifadə olunur. Yığılan yardımlar isə bitmək üzrədir. Hazırda olduğumuz xəstəxanada müalicə xərclərinin bir hissəsini ödəmişik, bahalı dərmanlar almışıq. Əlimizdə olan pul bitmək üzrədir. Azərbaycanın imkanlı şəxslərinə üz tutub oğlumun sağalması üçün yardım etməyi xahiş edirəm. Şəfqət və mərhəmətinizi bizdən əsirgəməyin”, - Ceyhun Eyvazov bildirib.

Gəlin Anar balamıza xərçəngə qalib gəlməsinə yardımçı olaq. Qeyd: Anar Eyvazova dəstək olmaq istəyənlər fotodakı bank hesabına ödəniş edə bilərlər.

Əlaqə nömrəsi: 070 344 19 99