ABŞ-da polislər kişini döyərək öldürdülər - VİDEO
    • 22-08-2022, 13:47
    • 368

ABŞ-da polislər kişini döyərək öldürdülər - VİDEO

ABŞ-ın Arkanzas ştatında polislərin dayanacaqda şübhəlini amansızlıqla döydüyü görüntülər böyük əks-səda doğurub.

News24.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üç polis 27 yaşlı Randall Vorçesteri döyərək öldürüb.

Polisin biri həmin şəxsi tutub, digərləri də onu təpik-yumruqla döyüblər. Başından dəfələrlə aldığı zərbə və betona çırpılması Vorçesterin ölümünə səbəb olub.

Polislər işdən çıxarılıblar. /oxu.az/