Balakəndə 2 avtomobil toqquşdu, sərnişin öldü
    • 13-09-2022, 10:47
    • 190

Balakəndə 2 avtomobil toqquşdu, sərnişin öldü

Sentyabrın 12-də saat 8 radələrində Balakən rayonunun Katex kəndi ərazisində rayon sakini İ.Taralovun idarə etdiyi “KİA” və Zaqatala şəhər sakini Cavid Bayramovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub.

News24.az xəbər verir ki, nəticədə İ.Taralovun sərnişini Pərviz Baradov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.